Menu

Ermənistan müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

14.09.2023, 17:22
Ermənistan müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakov ilə görüşüb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistanla Azərbaycanın dövlət sərhədində və Qarabağda sülhməramlıların məsuliyyət zonasındakı vəziyyəti, habelə Rusiya sülhməramlı missiyasının effektivliyinin artırılması məsələsini müzakirə ediblər.

Həmçinin görüş zamanı üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb, Laçın yolu ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol