Menu

ABŞ-ın iki generalı Ermənistandadır

15.09.2023, 10:23
ABŞ-ın iki generalı Ermənistandadır

ABŞ-ın 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-ın Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini briqada generalı Patrik Ellis Ermənistanda səfərdədir.

“Report” xəbər verir ki, məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, generallar və ABŞ-ın İrəvandakı səfir Kristina Kuinn “Days” təlim mərkəzində “Qartal-Tərəfdaş-2023” hərbi təlimlərinin gedişini müşahidə ediblər.

Qeyd edək ki, bu təlim sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi qatılıb.

Şərhlər

B.Qarabağlı 2023-09-15 11:04:15

Ermənistan reaspublikası əski Azərbaycan ilinin orta 29 min kv km ərazisində Çar Rusiyası tərəfindən 1918ci ildə bəyan ediləndən bu günə qədər nəinki, hərbi, ona qarşı heç bir addım belı təcavüz hadisəsi qeydə alınmayıb!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol