Menu

“Müharibəni uduzduq” – ABŞ generalından etiraf

15.09.2023, 13:47
“Müharibəni uduzduq” – ABŞ generalından etiraf

“Mənim istədiyim kimi bitmədi, heç birimizin istədiyi kimi bitmədi. Düşmən sizin dəstəklədiyiniz qüvvələrin paytaxtını işğal edirsə, bu, strateji uğursuzluqdur”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Ordusunun Baş Qərargah rəisi general Mark Milley ABŞ-ın Əfqanıstandakı müharibəsi ilə bağlı danışarkən deyib.

Milley ABŞ-ın Əfqanıstan müharibəsində məğlub olduğunu etiraf edib: “Müharibəni uduzduq. Biz 20 ildən çoxdur ki, Taliban və onların müttəfiqləri ilə mübarizə aparırıq. Döyüşləri son 10 gündə və ya 10 ayda baş verənlərə görə uduzmursan. Buna uzun illər ərzində baş verən dəyişikliklər təsir edir. Bunların hamısı zamanı gələndə ortaya çıxacaq”.

“11 sentyabrdan bəri Əfqanıstanda 2400-dən çox əsgərimizi, Kabildəki hücumda isə 13 əsgərimizi itirdik. İtirdiyim hər bir əsgərə görə peşmanam. Lakin bütün səhvlərə baxmayaraq biz 124 min insanı oradan təxliyə edərək, böyük bir logistik uğura nail olmuşuq”,- deyə o bildirib.

“AzPolitika.info”

Şərhlər

Amin 2023-09-15 14:38:33

3000 yaxin esger itirib .... ona tessuflenir .... milyonlarla muselman mehv etmisiz onlari kimin gunahina yazaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol