Menu

Putinin səfər tarixi bəlli oldu

25.11.2014, 10:48
Putinin səfər tarixi bəlli oldu

Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyəyə səfər edəcək.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak edəcək. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də keçirəcək.

İclasda iki ölkə arasında enerji və iqtisadi-ticarət sahələr başda olmaqla, əməkdaşlığın geniş spektri, eləcə də beynəlxalq problemlər müzakirə olunacaq. Bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol