Menu

“Bölgədə Türkiyənin daxil olmadığı dəhlizlərin davamlılığı mümkün deyil” - Hakan Fidan

15.09.2023, 14:40
“Bölgədə Türkiyənin daxil olmadığı dəhlizlərin davamlılığı mümkün deyil” - Hakan Fidan

“Bölgəmizdə Türkiyənin daxil olmadığı enerji və infrastruktur dəhlizlərinin davamlı olması mümkün deyil”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən 10-cu Türk Dünyası İş Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Ankara Orta Şərqdəki sabitlik üçün xüsusi əhəmiyyət daşıyan İnkişaf Yolu Layihəsinin bir neçə ay ərzində icra ediləcəyinə ümid edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol