Menu

Rusiyanın “Lancet” dronları Ukrayna qoşunlarına ciddi problem yaradır – “Defence One”

15.09.2023, 15:43
Rusiyanın “Lancet” dronları Ukrayna qoşunlarına ciddi problem yaradır – “Defence One”

Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiyanın Lancet pilotsuz təyyarələrini dayandırmaqda çətinlik çəkir. Ona görə də avadanlığı gizlətməli olurlar ki, göydən aşkarlanmasın.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Amerikanın “Defence One” nəşri Ukrayna Raket Qüvvələri Baş İdarəsinin zabiti Yuri Patskana istinadən yazır.

Onun sözlərinə görə, Ukrayna qoşunları “Lanset”lərə görə manevr imkanlarından istifadə edə bilmir. Bu, Ukraynanı öz texnikasını səmada patrul edən Rusiya pilotsuz təyyarələrindən gizlətməyə məcbur edir.

Bundan əvvəl TASS istehsalçı şirkətin nümayəndəsinə istinadən xəbər vermişdi ki, rus qoşunları Donetsk istiqamətində “Upır” FPV dronlarından istifadə etməyə başlayıb. Agentliyin həmsöhbəti izah edib ki, mövqe döyüş əməliyyatları zamanı bir dəstə gündə üç-dörd pilotsuz təyyarədən istifadə edə bilər.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol