Menu

Daha bir güneyli milli fəal həbs edilib - FOTO

15.09.2023, 15:54
Daha bir güneyli milli fəal həbs edilib - FOTO

Güney Azərbaycan Milli Hərəkatının fəallarından Mehrdad Qadiri sentyabrın 14-də saat 17:00-da ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin 4 mülki geyimli əməkdaşı tərəfindən iş yerində vəhşicəsinə döyüldükdən sonra həbs edilərək, naməlum yerə aparılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Azad İran” kanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, saat 19:00-da da İran təhlükəsizlik orqanının üç əməkdaşı Güney Azərbaycandan olan milli fəalın evinə basqın edib. Evdə axtarış apardıqdan sonra onun şəxsi əşyalarını, o cümlədən noutbukunu, kitablarını və mobil telefonunu müsadirə ediblər.

Mehrdad Qadirinin həbsinin səbəbi və harada olması barədə hələ ki, məlumat yoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol