Menu

Britaniya “Vaqner”i terror təşkilatları siyahısına daxil edib

15.09.2023, 16:41
Britaniya “Vaqner”i terror təşkilatları siyahısına daxil edib

Britaniya hakimiyyəti “Vaqner” xüsusi hərbi qurumunu terror təşkilatları siyahısına əlavə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, muzdlu təşkilatın terrorçu elan edilməsi üçün sentyabrın 6-da parlamentə müvafiq sənəd təqdim edilib: "Bu gün "Vaqner" terror təşkilatı elan edilib. Qərar dərhal qüvvəyə minir. “Vaqner”ə mənsub olmaq və ya aktiv şəkildə dəstəkləmək Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək və cərimə ilə birlikdə 14 ilə qədər həbs cəzası verilə bilər".

Şərhlər

Oxucu. 2023-09-16 11:45:37

Vanger var? Birdə olanda niyə bunu etmirdiz səbəb nə idi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol