Menu

Ermənistan əhalisinin sayı 30 ildə 1 milyon nəfər azalıb

15.09.2023, 22:40
Ermənistan əhalisinin sayı 30 ildə 1 milyon nəfər azalıb

Ermənistan Statistika Komitəsi bu yaxınlarda 2022-ci ildə ölkədə keçirilmiş siyahıyaalmanın nəticələrini təqdim edib. 

Məlumata görə, ölkənin əhalisi 2 milyon 638,9 min nəfər təşkil edir.Əlavə olaraq 300 min nəfərin siyahıyaalma dövründə ölkədə olmadığı, amma Ermənistanda qeydiyyatda olduğu iddia edilir.

Maraqlıdır ki, Ermənistanda əhalinin ən yüksək sayı 1992-ci ildə qeydə alınmışdı - 3,6  . Bu dövrdən bəri əhali sayı hər il kəskin azalır.

Onu da qeyd edək ki, Ermənistan əhalisinin tərkibində rusiyalılar və ukraynalıların da sayı artıb. Belə ki, rəsmi məlumata görə, 2021-ci ilin əvvəlinə ölkədə 69,3 min rus və 3 min ukraynalı var idisə, 2023-cü ilin əvvəlinə müvafiq göstəricilər artıq 117,3 min və 19,8 minə bərabər olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol