Menu

Çinin müdafiə naziri “yoxa çıxıb” – Amerikalı diplomatdan iddia

15.09.2023, 23:28
Çinin müdafiə naziri “yoxa çıxıb” – Amerikalı diplomatdan iddia

Çin Xalq Respublikasının Müdafiə naziri general Li Şanqfu iki həftədir ortada yoxdur və qatılması gözlənilən bir neçə toplantını buraxıb.

“AzPolitika.info” BBC-yə istinadla xəbər verir ki, bu haqda ABŞ-ın Yaponiyadakı elçisi Rahm Emmanuel sosial şəbəkə hesabında bildirib.

Amerikalı diplomat general Li Şanqfun iki həftədir ortalıqda görünmədiyini yazıb.

Bundan əvvəl Çin ordusunda bəzi korrupsiya halları ilə bağlı yayılan məlumatlar fonunda, hərbi mühəndislikdən nazirliyə qədər yüksəlmiş generalın “qeybə çəkilməsi” onun saxlanıldığına dair şübhələri artırıb.

ABŞ və Çindəki mənbələrə istinadən “The Wall Street Journal” cümə günü bildirib ki, sonuncu dəfə avqustun 29-da beynəlxalq tədbirdə görülən general Li tutduğu vəzifədən uzaqlaşdırılmaq üzrədir.

Bundan əvvəl, Çinin xarici işlər naziri Qin Qanq da bir neçə ay əvvəl belə “yoxa çıxmış”, iyul ayında isə onun vəzifəsindən azad edildiyi barədə məlumat verilmişdi.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol