Menu

“Rusiyada bəzi ticarət mərkəzləri dron istehsal edən müəssisəyə çevrilir” – Rusiya nəşri

16.09.2023, 11:42
“Rusiyada bəzi ticarət mərkəzləri dron istehsal edən müəssisəyə çevrilir” – Rusiya nəşri

Rusiyadakı bəzi ticarət mərkəzlərinin dron istehsal edən müəssisələrə çevrildiyi bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiyanın müxalifyönlü “The İnsider” nəşri məlumat yayıb.

Məlumata görə, artıq bu məqsədlə üç ticarət mərkəzi bağlanıb. Bu müəssisələrin İjevskdə yerləşən “Stolitsa” ticarət-əyləncə kompleksi , “İtalamas” və “New House” ticarət mərkəzləri olduğu bildirilir.

Qeyd olunur ki, müəsisələr üçün sentyabr ayında dizaynerlərin, texnoloqların və digər işçilərin işə qəbuluyla bağlı elanlar verilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol