Menu

Ermənistan rəhbərliyinin növbəti həyasızlığı – Bu dəfə Putindən narazılıq edirlər

16.09.2023, 12:54
Ermənistan rəhbərliyinin növbəti həyasızlığı – Bu dəfə Putindən narazılıq edirlər

44 günlük müharibənin sonunda imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanatın bir çox maddəsini yerinə yetirmkdən qaçan Ermənistan rəhbərliyinin həyasızlığı sərhəd tanımır .

Bu dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu nümayiş etdirib. O, erməni mətbuatına müsahibəsində Rusiya Prezident Vladimir Putindən narazılıq ifadə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib və Rusiyanın da buna adekvat addım atacağı müsajını verib.

Qriqoryan isə bundan narahat olub.

“Bu bəyanat etibarlıdır və arzu olunarsa, siyasi iradə varsa, bugünkü vəziyyət, böhran, Laçın yolunun açılması və bağlanması ilə bağlı bütün məsələlər noyabrın 10-da qəbul edilmiş bəyanatla tənzimlənər” – deyə, Qriqoryan iddia edib.

Ancaq 10 noyabr bəyanatının müddəalarını İrəvanın niyə yerinə yetirmədiyinə aydınlıq gətirmətyib.

“Azpolitika.info”

Şərhlər

Vətəndaş 2023-09-16 15:44:22

Putundən narazılıq etmək olmaz? Bu nə məntiqdir?Biz nə qədər Rusiyanı fövqəl dövlət edib,onların nazı ilə oynayacağıq millət əziyyət çəkəcək,qeyri-müəyyənlik hökm sürəcək,insanların psixi və sosial durumu normallaşmayacaq. Ölkə rəhbərliyindən Rusbaşlar və Rusiya nökərləri təmizlənməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol