Xarici ölkələrdəki Polşa nümayəndəliklərində qanunsuz olaraq vizaların satıldığı aşkarlanıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Honq-Konq, Tayvan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Filippin və Qətərdəki konsulluqlarda bəzi şəxslərə pul qarşılığında qeyri-qanuni şəkildə viza verildiyi müəyyən edilib.
Polşa Prokurorluğu və Korrupsiyaya Qarşı Mübarizə Bürosu məsələ ilə bağlı araşdırmalara başladığını, artıq 3 nəfərin həbs edildiyini bildirib.
Eyni zamanda, viza qalmaqalıyla bağlı Polşa Xarici İşlər Nazirliyi Hüquq və Uyğunluğun İdarə Edilməsi Ofisinin direktoru Yakub Osaydanın da vəzifəsindən azad edildiyi bildirilib.
“AzPolitika.info”


Şərhlər