“Avropa İttifaqı Türkiyədən qopmaq istəyir”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfərdən əvvəl hava limanında jurnalistlərin suallarına cavabında bildirib.
O, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətə dair suala cavabında deyib: “Mənim dəyərləndirməyimi qəti olaraq bilmək istəyirsinizsə, deyə bilərəm ki, Avropa İttifaqı Türkiyədən qopmağa çalışır. Avropa İttifaqının Türkiyədən qopmaq üçün addımlar atdığı halda biz də bu inkişaflara qarşı qiymətləndirmə etdikdən sonra lazım gələrsə, onunla yollarımızı ayıra bilərik”.


Şərhlər
Rusyanın yanında olmağın acı nəticəsi olacaq ,Türkiyənin ixrac-idxalın 60-70 faizi Avropa ölkələrinin öhdəsinə düşür ,nəzərə alsaq ki ,5-10 faiz türk Avropadadır ,rusun uduzması halında ,nəinki Avropadan qopmaq ,NATO -dan da qopmaq gündəmə gələcək .Ərdoğan lazım gələrsə qoparıq ( lazım da heç vaxt gəlmir ) sözləri daxili auditoriyaya hesablanmışdır .O da çox yaxşı başa düşür ki ,Qərbsiz Türkiyənin sonu olacaq ,görəcəksiz gələn ildən Türkiyə tam kursu dəyişəcək və islahatlaa gedəcək