Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında Paris merinin erməni əsilli köməkçisi təxribat törətməyə çalışıb.
“Report”un yerli bürosu bildirir ki, Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anouch Toranian bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb.
Anouch Toranian Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb.
Qeyd edək ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda keçirilən ənənəvi mədəniyyət tədbiri olan “Assosiasiyalar Forumu”nda təmsil edib.


Şərhlər
Hər hansı bir erməni, Azərbaycanlılara və ümumiyyətlə türklərə qarşı düşmən mövqeyindədir və əllərinə düşən imkandan bizlərə qarşı maksimum yararlanırlar...ancaq bizim Əkrəm Əylisli və onun kimi ziyalılarımız düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Rasim Balayev kimisi deyir ki, Əkrəm neynəmişdi ki, töküldülər üstünə??? Rasimə deyən gərək, əgər sən Əkrəmin elədiyini başa düşmürsənsə, anlamırsansa, sən bu millətin Xalq artisti deyilsən...
Anuç Törənən Azərbaycanın hansı hərəkətindən və münasibətindən narazılıq ifadə edirmiş? Erməni millətçilərinin milyonlarla azərbaycanlı ailələrini öz doğma evlərindən terror etmələrinəmi, ya Ermənistanın Kremlin Hərbi dəstəyi ilə 33 il Hərbi İşğalda saxlamasındanmı?