“Rusiyanın Ukraynaya qarşı müharibəsi tezliklə bitməyəcək”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt” nəşrinə müsahibəsində bildirib.
Stoltenberq qeyd edib ki, hərbi ittifaqın bütün ölkələri sülhün mümkün qədər tez bərqərar olmasını istəyir, lakin Ukrayna döyüşü dayandırsa, o zaman bir ölkə kimi yox olacaq: "Etiraf etməliyik ki, Prezident Volodimir Zelenski və ukraynalılar döyüşü dayandırsalar, onların ölkəsi artıq mövcud olmayacaq. Prezident Vladimir Putin və Rusiya silahlarını yerə qoysalar, biz sülhə qovuşacağıq".
Stoltenberq Ukraynanın son nəticədə NATO-ya üzv olacağını vurğulayıb.
NATO rəhbəri dəfələrlə bəyan edib ki, hərbi alyans dövlətləri lazım olana qədər Ukraynanı dəstəkləyəcək.
Bundan əvvəl “Financial Times” yazıb ki, Qərb ölkələri gələn ilin ortalarına qədər Ukrayna silahlı qüvvələrinə intensiv sursatlar verməyə başlayacaq. Rusiya Kiyevə silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Qərb Ukrayna tərəfindəki müharibədə bilavasitə iştirak edir, silah-sursat verir və ukraynalı hərbçiləri öyrədir.
“AzPolitika.info”


Şərhlər
Yazığ Ukrayna gör kimlərin dudkası ilə hərəkət edir,bu baş katibin ölkəsi Rusiya ilə əzəli və əbədi düşməndir,görəsən elə Rusya ilə sərhəddi olan Norveç,İsveçi niyə Ukraynalılar kimi Rusya ilə müharibəyə cəlb etmirlər,yəqin onlar ikinci dünya savaşından Anqlasaksların rolunu aparmaq istəyirlər.