Cümə axşamı günü Viyanada Neft İstehsal edən Ölkələr Birliyinin (OPEC) toplantısı keçirilləcək.
Reutersə danışan mütəxəssislər, Viyanada, neft hasilatının ən azı gündəlik 1 milyon barel azaldılması ilə bağlı qərarın çıxmaması vəziyyətində, Brent neftinin barelinin qiymətinin 60 dollara qədər enə biləcəyinə işarə ediblər.
Brent neftinin bareli 14 Noyabrda 76,76 dollara qədər enərək dörd ilin ən aşağı səviyyəsini görüb.
NİYƏ DÜŞÜR?
Neft qiymətlərinin yay aylarından bu yana enişində ən böyük faktorlar, təklifin çox olması, ABŞ-ın neft istehsalını artırması, Avropa və Asiyada aşağı tələbin olmasıdır. Buna görə, bəzi mütəxəssislər hasilatın gündəlik 500 min barel azaldılmasının bu gedişatı dayandırmağa gücü çatmayacağına işarə edirlər.
KƏSİLMƏ OLSA BELƏ QİYMƏTLƏR DÜŞƏCƏK
“RCMA Capital”ın mütəxəssisi Doug King də pessimistdir. King, OPEC gündəlik hasilatı bir milyon barel azaltsa belə Brent neftinin barelinin qiymətinin 70 dollara qədər enə biləcəyinə işarə edib. King, “2015-in ilk yarısında daha aşağı qiymətlər gözləyirəm” deyib.
Hazırda ABŞ xam neftinin barelinin qiyməti 76 dollar, Brent neftinin barelinin qiyməti isə 80 dolların üzərindən icra olunur. /"Marja"

Şərhlər