ABŞ prezidenti Co Bayden Nyu-Yorkda dünya liderlərinin görüşü zamanı BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə dair çağırışlara qoşulacaq.
“AzPolitika.info” “The Telegraph”-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik üzrə nümayəndəsi Con Kirbi bildirib.
Kirbinin sözlərinə görə, ABŞ prezidenti də çıxışında BMT-yə üzv olan 193 ölkədən Təhlükəsizlik Şurasının arxitekturasına baxmağı xahiş edəcək.
“The Telegraph” yazır ki, Bayden yeni daimi üzvlər kimi Hindistan, Braziliya, Almaniya, Yaponiya və Cənubi Afrikanı daxil etmək istəyir.
Bunun veto qaydalarının və ya üzvlük strukturunun dəyişdirilməsinə necə təsir edəcəyinə dair suala isə Kirbi belə cavab verib: "Sadəcə olaraq təşkilatın arxitekturası haqqında danışmağın vaxtıdır. Düşünürəm ki, ABŞ prezidenti Bayden üzvlük sayının artırılmasını dəstəkləyəcək".
Təhlükəsizlik Şurasının islahatı BMT Nizamnaməsinə dəyişikliklər tələb edəcək. Bu islahatlara Çin və Rusiya tərəfindən veto qoyula bilər. Çünki islahatlar nəticəsində bu dövlətlərin qətnamələrin və sanksiyaların qarşısını almaq səlahiyyətləri azaldıla bilər.
Hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Çin, Rusiya, ABŞ, Böyük Britaniya və Fransa. Onun həmçinin iki il müddətinə seçilən 10 qeyri-daimi üzvü var.
Onu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında iislahatların vacibliyini ilk olaraq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan səsləndirib. “Dünya 5-dən böyükdür” deyən Ərdoğan bununla bağlı iki kitab da yazıb: “Daha ədalətli bir dünya mümkündür” və “BMT islahatı: beynəlxalq əməkdaşlığa yeni yanaşma” aflı kitablarını.
Rüfət
AzPolitika.info


Şərhlər