Ukrayna Nazirlər Kabinetinin bugünkü iclasında müdafiə nazirinin 6 müavini tutduğu vəzifədən azad edilib.
“AzPolitika.info” “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə hökumət naziri Oleq Nemçikov “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, müdafiə nazirinin müavinləri Anna Malyar, Vladimir Qavrilov, Rostislav Zamlinski, Denis Şarapov, Andrey Şevçenko, Vitali Deynegi, Konstantin Vaşşenko Nazirlər Kabinetinin qərarı ilə vəzifədən azad ediliblər.
Ukraynanın “İcra hakimiyyətləri haqqında” qanununa əsasən, nazir vəzifədən azad edildikdə, nazirin birinci müavini və nazir müavinləri Nazirlər Kabineti tərəfindən vəzifələrindən azad edilir.
Hazırda müdafiə nazirinin müavini vəzifəsinə namizədlərlə bağlı məsləhətləşmələr davam edir.
Rüfət
AzPolitika.info


Şərhlər