Ukraynanın Dneprepetrovsk şəhərində Rusiya Federal Təhlükəsizlik Bürosu (FSB) üçün casusluq edən yerli sakin saxlanılıb.
“AzPolitika.info” “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, həmin şəxs Ukrayna hava hücumundan müdafiə vasitələrinin, həmçinin şəhərin elektrik və dəmir yolu stansiyalarının yerləşdiyi yerlər haqqında məlumat toplayıb.
Ukrayna Xüsusi Təhlükəsizlik Xidməti (SBU) və Dneprepetrovsk şəhər prokurorluğundan bildirilib ki, Rusiya xüsusi xidmət orqanları sözügedən şəxsdən hərbi yük daşıyan qatarların hərəkət marşrutları və bölgədəki HHM sistemlərinin mövqeləri barədə məlumatlar tələb edib.
Agent video və mətn mesajlarını “Telegram” messenceri vasitəsilə FSB-yə ötürüb. Bu “xidmətlərə” görə o, bank kartına pul alıb. Mükafatın məbləği məlumatın dəyərindən asılı olub - 50 ilə 100 ABŞ dolları arasında.
Rüfət
“AzPolitika.info”


Şərhlər