Menu

Avropa İttifaqı Çin batareyalarından asılı vəziyyətə düşəcək – “Reuters”

18.09.2023, 17:20
Avropa İttifaqı Çin batareyalarından asılı vəziyyətə düşəcək – “Reuters”

Avropa İttifaqı liderləri üçün hazırlanan yeni sənəddə deyilir ki, Avropa İttifaqı 2030-cu ilə qədər litium-ion batareyaları və yanacaq elementləri baxımından Çindən asılı vəziyyətə düşə bilər. Bu asılılıq Ukrayna müharibəsindən əvvəl enerji baxımından Rusiyadan asılılığa bərabər olacaq.

“AzPolitika.info” xəbər verir ki, “Reuters”-in əldə etdiyi sənəd 5 oktyabr tarixində Aİ liderlərinin Qranadada (İspaniya) keçiriləcək görüşü zamanı Avropanın iqtisadi təhlükəsizliyinə dair müzakirələrin əsasını təşkil edəcək. Çinin artan qlobal iddialılığından və iqtisadi çəkisindən narahat olan liderlər Avropanın Çindən həddən artıq asılı olma riskini azaltmaq və Afrika və Latın Amerikasına doğru diversifikasiya ehtiyacı ilə bağlı Avropa Komissiyasının təkliflərini müzakirə edəcəklər.

Hesabatda deyilir ki, günəş və ya külək kimi bərpa olunan enerji mənbələrinin fasiləli xarakterinə görə Avropa 2050-ci ilə qədər xalis sıfır karbon qazı emissiyasına nail olmaq üçün enerji yığma yollarına ehtiyac duyacaq.

İspaniyanın Aİ-yə sədrliyi tərəfindən hazırlanan sənəddə deyilir: "Bu, litium-ion batareyalara, yanacaq elementlərinə və elektrolizatorlara olan tələbatımızı növbəti illər ərzində 10-30 dəfəyə qədər artıracaq".

Aİ 50%-dən çox qlobal bazar payına malik elektrolizatorların istehsalının aralıq və montaj mərhələlərində güclü mövqeyə malik olsa da, yanacaq elementləri və elektrik avtomobilləri üçün mühüm əhəmiyyət kəsb edən litium-ion batareyaları üçün Çinə çox güvənir.

Vurğulanır ki, Avropa İttifaqanın Çindən asılılığı Ukraynada müharibədən əvvəl Rusiyadan olan asılılığa bənzəyəcək və bu, bir neçə il sürə bilər.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol