Menu

"Ən böyük bədbəxtlik Baş prokurorun FSB agenti çıxmasıdır" - Gürcüstan Prezidenti

18.09.2023, 19:21
"Ən böyük bədbəxtlik Baş prokurorun FSB agenti çıxmasıdır" - Gürcüstan Prezidenti

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin “ən böyük bədbəxtliyinin” Avropaya səfər etməsi deyil, Baş prokurorun FSB agenti çıxması olduğunu deyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Salome Zurabişvili bu barədə QHT nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı sabiq Baş prokuror Otar Partsxaladzenin işi ilə əlaqədar aidiyyəti qurumların araşdırmalara başlamasını tələb edib.

“Kaxa (Kaladze) mənim Avropaya səfərimin ən böyük bədbəxtlik olduğunu dedi. Xeyr, cənab Kaxa, ən böyük bədbəxtlik ölkənin Baş prokurorunun FSB və ya KQB agenti çıxmasıdır”, - Zurabişvili qeyd edib.

Prezident Gürcüstanın aidiyyəti qurumlarının məsələni araşdırmamasını bundan daha böyük bədbəxtlik olduğunu əlavə edib və ictimaiyyətə detallı məlumat verilməsini tələb edib.

Şərhlər

Oxucu. 2023-09-18 22:04:24

Prokuroru rusiyanın agenti,Prezidenti ABŞ-ın agenti,yazıq Gürcü xalqı Ukraynalılar kimi çabalayır,hələdə çox sağol desinlər Türkiyə və Azərbaycana ki,onları yaşadırıq.

musa 2023-09-18 21:57:14

xoruzun quyruğu görsəndi deyəsən .indi aydındır tam ki niyə Saakaşvili məhbus həyatı kecirir və kimlər idarə edir gürcüstanı .hələ ki millətdən qorxub acıq ruslarlara tam loyallı etmirlər

Adil 2023-09-18 20:34:31

Bu qız Gürcüstanın indiki durumunda вешны пахмел gürcü xalqının son xilaskarı kimi görünür. Gürcü deyilən bir xalq qanunlarla idarə olunmağı heç vaxt sevməyib. Onlar oğru, cibgir, kriminal, riskli qazancı seviblər və bütün dövrlərdə buna üstünlük veriblər. Maraqlıdır ki, bugünədək "uğurlu" olublar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol