Menu

Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

18.09.2023, 22:15
Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

ABŞ Prezidenti Cozef Bayden ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

“Report” TASS-a istinadla xəbər verir ki, o bunu ciddi risklər olması ilə izah edib.

“Vətəndaşlarımızın evlərinə qayıtmasını (əsir mübadiləsi çərçivəsində - Qeyd) alqışlayarkən bir daha bütün amerikalılara İrana səfərlərin ciddi risklər ilə bağlı olduğunu xatırladıram. ABŞ pasportu olanlar oraya getməməlidir”, - Bayden deyib.

ABŞ lideri əlavə edib ki, İranda Amerika vətəndaşları oğurlanma, əsassız həbs və saxlanma ilə üzləşə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol