ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı danışıqlara başlamağa və Xankəndinə yüklərin çatdırılmasının əsas marşrutları olan Laçın yolu və Ağdam-Xankəndi şossesi ilə humanitar yardımı sürətləndirməyə çağırıb.
ABŞ Dövlət katibi Entoni Blinken qeyd edib ki, Prezident İlham Əliyevlə humanitar yüklərin Laçın yolu və Ağdam şossesi ilə Xankəndinə eyni vaxtda göndərilməsini müzakirə ediblər və bu istiqamətdə addımların atılmasını alqışlayır.
“Bu tədarük yolları ilə çox ehtiyac duyulan ləvazimatların Qarabağa çatdırılması irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara başlamağa və bölgəyə humanitar yardım axınını artırmaq yollarına diqqət yetirməyə çağırırıq. Birləşmiş Ştatlar uzun müddətdir mövcud olan problemlərin həllinə və layiqli, davamlı sülhə nail olmaq üçün Azərbaycanın və Ermənistanın səylərini dəstəkləməyə sadiqdir”, - Dövlət katibi vurğulayıb.
“AzPolitika.info”


Şərhlər