Menu

“Ukrayna ancaq bundan sonra Aİ-yə qəbul edilməlidr”- Varşava şərtini açıqlayıb

19.09.2023, 09:19
“Ukrayna ancaq bundan sonra Aİ-yə qəbul edilməlidr”- Varşava şərtini açıqlayıb

Avropa İttifaqı (Aİ) Kiyevin quruma qoşulması ilə bağlı qərarını yalnız regional bazarı Ukraynanın taxıl tədarükü ilə bağlı təhlükələrdən qorumaq üçün mexanizmlər yaratdıqdan sonra qəbul etməlidir.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu sözləri Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus jurnalistlərlə keçirdiyi brifinq zamanı deyib.

Nazir qeyd edib ki, Varşava Birliyin rəhbərliyində Avropa ölkələrinin aqrar-sənaye kompleksini Ukraynanın kənd təsərrüfatından qorumaq istəyinin olmamasından son dərəcə narahatdır.

“Kiyev Aİ-yə daxil olmağa fəal çalışır. Bu yaxşıdır. Amma o (Ukrayna - Gazeta.Ru) müəyyən meyarlara cavab verməli və müəyyən şərtləri yerinə yetirməlidir”, - Telus bildirib.

Sentyabrın 18-də Kiyev hakimiyyəti Polşa, Slovakiya və Macarıstana qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət göndərib. Səbəb bu ölkələrin Ukrayna məhsullarına embarqonun müddətini uzatmasıdır.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol