Menu

Azərbaycan avqustda “OPEC+” kvotasından 186 min barel geri qalıb

19.09.2023, 10:53
Azərbaycan avqustda “OPEC+” kvotasından 186 min barel geri qalıb

Bu ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barel olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumi hasilatın 498 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” əməkdaşlığı (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Beləliklə, Azərbaycan avqust ayında "OPEC+" çərçivəsində kvotasından 186 min barel geridə qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol