Menu

"Başıma tapança dirədilər" ittihamına iş adamından münasibət

19.09.2023, 11:27
"Başıma tapança dirədilər" ittihamına iş adamından münasibət

“TikTok” sosial şəbəkəsində özünü “Fidan” kimi təqdim edən Çinarə Quliyevanın iş adamı İlham Qədimbəyliyə qarşı səsləndirdiyi iddialar əsassızdır.

APA xəbər verir ki, bu barədə iş adamı bildirib.

O qeyd edib ki, qarşı tərəf şantaja əl ataraq ondan pul almaq niyyətindədir. Bu səbəbdən də “Fidan” müxtəlif yollarla iş insanının şərəf və ləyaqətinə toxunacaq addımlar atır.

Həmçinin, İlham Qədimbəyli xanımla bağlı üç ay əvvəl polisə müraciət etdiyini bildirib:

“Xanım “TikTok”da canlı yayım açarkən ona hədiyyələr atmışam. Arada münasibətimiz yaranıb. O mənim kimliyimi və iş adamı olduğumu bildikdən sonra şantaj etməyə başladı. Məndən müxtəlif vaxtlarda pul istədi. Bir dəfə ona 200 manat göndərəndə, o, “bu nə puldur göndərmisən? Mən sənin üçün dilənçi deyiləm” deyə cavab verdi. Sonra yenə müxtəlif vaxtlarda mənə yazmağa başladı. Əsl adının Çinarə Quliyeva olduğunu bildim. O, məndən davamlı ona hədiyyə atmağı və ya pul göndərməyi tələb etdi. Onunla razılaşmadıqda isə məni canlı yayında təhqir edəcəyi ilə hədələyirdi. Bu gün də görürsünüz ki, canlı yayımlar açaraq məni və yaxınlarımı təhqir edir. Təxminən 3 ay bundan əvvəl rəsmi şəkildə polisə şikayət ərizəsi vermişəm. Hazırda həmin şikayətlə bağlı araşdırma davam edir. Yayılan video ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə hazırlaşıram. Vəkilimə bununla bağlı lazımi tapşırıqlar vermişəm”.

Xatırladaq ki, bir neçə gün əvvəl "Tik-Tok” şəbəkəsində böyük izləyici səhifəsi olan, "Fidan 009” adlı profilin sahibi, Fidan adı ilə tanınan xanım blogger sensasion paylaşım edib. O, paylaşdığı videoda və çıxış etdiyi canlı yayımda bildirib ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu onu bir neçə nəfər dostu ilə əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək nələrisə dedizdirib, ardınca videoya çəkiblər.

Blogger xanım bildirib ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur "Sapfir” şadlıq sarayının sahibidir. Sözügedən şəxs "Tik-Tok”da "Theone.005” profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr "atıb”.

Şərhlər

Tahir 2023-09-19 13:12:00

Sənin boyunu yerə soxum ki, bu yaşda, bu başla, bu imkanla tik-tokda bazlıq edirsən. Məəttəl qalıram ki, bu ağılın sahibləri necə belə varlana biliblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol