Azərbaycanın bu gün başlatdığı anti-terror əməliyyatı Xankəndindəki yerli separatçı ünsürlərlə yanaşı, Rusiyanın buradakı emissarı, milyarder Ruben Vardanyanı da təşvişə salıb. Rusiya hərbi kontingentinin müvəqqəti nəzarəti altındakı ərazimizdə özünü arxayın hiss edən, tez-tez başından böyük bəyanatlar verən Vardanyan, artıq imdad diləməyə başlayıb.
“AzPolitika.info” xəbər verir ki, anti-terror əməliyyatı başlayan dəqiqələrdən etibarən Vardanyan iki paylaşım edib. Onların birincisində keçmiş “dövlət naziri” güclü artilleriya hücumunun başladığını yazıb və qısa video paylaşıb. İkincidə isə Ermənistan hakimiyyətinə absurd müraciət ünvanlayıb: “Bu vəziyyətdə Ermənistan hakimiyyəti “artsax”ı tanımalı və öz vətəndaşlarını müdafiə etməlidir...”
Xatırladaq ki, Paşinyan dəfələrlə Qarbağı Azərbaycan ərazisi kimi tanıdıqlarını bəyan edib...
Daha sonra bütün “erməni dünyası”nı köməyə çağıran Vardanyan nədənsə onu Qarabağa məlum missiya üçün göndərən Moskvanın adını çəkməyib. Əvəzində, bildirib ki, guya Xankəndi və ətraf ərazilərdə yaşayan 120 min(?) erməninin, o cümlədən də 30 min uşağın həyatı təhlükədədir. Ancaq nədənsə, “25 min hamilə qadın” barədə heç nə deməyib...
Bir sözlə, Vardanyan başını itirib və yəqin ki, hazırda onun taleyinin Azərbaycan əsgərinin əlində olduğunu anlamağa başlayıb...
“AzPolitika.info”


Şərhlər
hayes cartes!!!!!!!!!!!!!!!!!!!!!!!..............................