ABŞ ilə İran arasında baş tutan məhbus mübadiləsi axmaqlıqdır.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp mediaya açıqlamasında deyib.
“Mən Şimali Koreya da daxil olmaqla müxtəlif ölkələrdən 58 girovu evinə qaytarmışam və bunun üçün heç bir ödəniş etməmişəm. Bu ölkələr pul söhbəti etmədilər. Çünki onlar bu pulu ala bilməyəcəklərini bilirdilər. Bir dəfə pul ödəsən, həmişə ödəyəcəksən. Bizim bacarıqsız və axmaq liderimiz Co Bayden 5 nəfərə 6 milyard dollar ödədi, İran isə bunun qarşılığında heç nə vermədi”, - Tramp bildirib.
Qeyd edək ki, ötən gün ABŞ və İran arasında məhbus mübadiləsi baş tutub. Eyni zamanda, ABŞ İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollar vəsaitinin köçürülməsinə icazə verib.
“AzPolitika.info”


Şərhlər