Menu

“İranda həbs olunsalar, azadlıqlarına zəmanət veriləcəyini gözləməsinlər” – Baydendən xəbərdarlıq

19.09.2023, 18:07
“İranda həbs olunsalar, azadlıqlarına zəmanət veriləcəyini gözləməsinlər” – Baydendən xəbərdarlıq

ABŞ Prezidenti Co Bayden ölkə vətəndaşlarına xəbərdarlıq edərək, onları İrana səfər etməməyə çağırıb.

“AzPolitika.info” xəbər verir ki, Co Bayden İranda 5 ABŞ vətəndaşının həbsdən azadlığa buraxılması ilə bağlı verdiyi açıqlamada ABŞ Dövlət Departamentinin xəbərdarlığına toxunaraq, deyib: “Adam oğurluğu və özbaşına həbs riski səbəbindən İrana səfər etməyin. ABŞ vətəndaşları İranda həbs olunsalar, azadlıqlarına zəmanət veriləcəyini gözləməsinlər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol