Menu

“Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə çatır” - Sergey Şoyqu

20.09.2023, 09:43
“Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə çatır” - Sergey Şoyqu

“Rusiya ilə İran arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə çatır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Tehranda iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə görüşündə deyib.

O bildirib ki, Rusiya və İran arasında dialoq bu gün xüsusi intensivliklə inkişaf edir: “Biz Qərbin müqavimətinə baxmayaraq, planlaşdırılan fəaliyyətimizi davam etdiririk. Rusiya və İrana qarşı təzyiqlər faydasızdır”.

S.Şoyqu, həmçinin söyləyib ki, Rusiya Yaxın Şərqdə İranla birgə fəaliyyətə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol