Menu

Akopyan ermənilərin "müdafiə xəttinin" yarıldığını etiraf etdi - Xunta rəhbərlərinə səsləndi

20.09.2023, 12:08
Akopyan  ermənilərin "müdafiə xəttinin" yarıldığını etiraf etdi -  Xunta rəhbərlərinə səsləndi

Azərbaycana qarşı sərt radikal mövqeyi ilə bilinən erməni jurnalist Tatul Akopyan Xankəndidəki qeyri-qanuni erməni hərbi birləşmələrinin sözdə “lider”inə çağırış edib.

“AzPolitika.info” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Akopyan separataçıların “lider”indən Azərbaycan hakimiyyəti ilə razılaşmağı tələb edib.

“Qarabağdan aldığım məlumata görə, Azərbaycan hərbçiləri Xocavənd istiqamətində “müdafiə xəttini” yarıb və Əsgəran istiqamətində irəliləyib. Ermənistan və “Qarabağ” hakimiyyətləri, danışıqlara gedin. Bu barədə qərar verməkdən çəkinməyin. Gedin Azərbaycanla danışıq aparın”,- deyə o, qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol