Menu

“Bu, Rusiyanın Qafqazdan qovulması planıdır” – Zatulin yenə ermənilər üçün ağlaşma qurub

20.09.2023, 15:44
“Bu, Rusiyanın Qafqazdan qovulması planıdır” – Zatulin yenə ermənilər üçün ağlaşma qurub

“Hazırda baş verənlər təkcə “dağlıq Qarabağ”dakı ermənilərə yox, həm də Qafqazda Rusiyaya qarşı təhlükə yaradır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Dumasının MDB məsələləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin Azərbaycanın başladıb və artıq 24 saat ərzində yekunlaşdırdığı antiterror əməliyyatını şərh edərkən deyib.

“Qovorit Moskva”-ya danışan ermənipərəsət “deputat” növbəti dəfə açıq təxribatçı mövqeyini ortaya qoyaraq, Rusiyanı Azərbaycana qarşı “sərt tədbirlər görməyə” çağırıb və ermənilər üçün ağlaşma qurub: “Azərbaycanın atdığı güllə təkcə ermənilərə yox, Moskvaya və Rusiyaya dəyir. Çünki bu, təkcə ermənilərin “dağlıq Qarabağdan” yox, həm də Rusiyanın Qafqazdan qovulmasına hesablanan planın tərkib hissəsidir”.

Zatulin deyib ki, Rusiya Azərbaycana qarşı sərt addımlar atmamaqla, özünün sülhməramlı statusunu sual altına qoymuş olur. O, Kremlin Cənubi Osetiya və Abxaziyadakı “sülhməramlı missiyası”nı xatırladıb: “Biz öz üzərimizə sülhməramlı missiyasını götürmüşük. Biz bunu Cənubi Osetiyada, daha öncə Abxaziyada etmişik. Cənubi Osetiyaya hücum(Gürcüstanın 2008-ci ildə keçirdiyi əməliyyat-red.) sülhə məcburetmə əməliyyatı (Gürcüstan ərazilərinin işğalı-red.) üçün əsas oldu...”

Kremli Azərbaycana qarşı hərbi müdaxiləyə səsləyəcək qədər axmaq və şərəfsiz birisi olan bu “deputat”, həmçinin Paşinyanı da təhqir etməkdən çəkinməyib. Ermənistan Baş nazirini “yaramaz” adlandıran Zatulin növbəti dəfə onu “Qarabağ ermənilərini satmaqda” günahlandırıb.

“AzPolitika.info”

Şərhlər

Veteran 2023-09-20 16:19:16

Zatulin bizim dildə ZATI QIRIQ anlamı deməkdir. İndi nə qədər hürürsən hür sahibsiz KÖPƏK.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol