Qarabağdakı antiterror əməliyyatından və separatçıların təslim olmasından sonra Ermənistanda qızğın müzakirələr başlayıb. Hər kəs bundan sonra nələrin baş verəcəyi barədə suala cavab axtarışındadır.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni türkoloq Varujan Geqamyan gələcək hadisələrlə bağlı ermənilər üçün pessimist proqnozlarla çıxış edib. Həmin proqnozlar əksər aparıcı erməni mətbu orqanlarında dərc edilib.
Geqamyan özünün “Facebook” səhifəsində yazıb:
“Məndən soruşurlar ki, bundan sonra nə olacaq. Deyim:
1. Demək olar, bütün ermənilərin “artsax”dan köçürülməsi. Bir neçə gündən sonra artıq “artsax” olmayacaq.
2. Ermənistanla Azərbaycan arasında razılaşma imzalanacaq. Tavuş, Ararat və Vayotsdzor vilayətlərindəki ərazilər anklav adı ilə Azərbaycana veriləcək.
3. Azərbaycan və Türkiyəyə Sünik və Tavuşdan dəhliz veriləcək. Onlardan biri Zəngəzur dəhlizi olacaq.
4. Kütləvi şəkildə, 10 minlərlə türk və azərbaycanlı Ermənistan ərazisinə köçürüləcək və onların hüquqları Azərbaycan-Türkiyə beynəlxalq qarantiyası ilə təmin olunacaq.
5. Ermənistan silahlı qüvvələri ixtisar olunacaq, AES bağlanacaq, təhsil sistemi dəyişdiriləcək.
6. Ermənistan respublikasının bir çox vətəndaşları “Azərbaycanın ərazi bütövlüyünə qəsd” adı ilə təqib olunacaqlar”.
Geqamyan bu kifayət qədər mübahisəli proqnozlarını verəndən sonra yaranmış vəziyyətə görə Paşinyan hakimiyyətini ittiham edib.
“AzPolitika.info”


Şərhlər
Bu erməni dığasının 6 bənddən ibarət proqnozuna 1-ni də MƏN əlavə edim, dığalar 200 il bundan əvvəl buralara gəldikləri kimi sonda BÜTÜN QAFQAZDAN it kimi qovulacaqlar , Hindistan çöllərinə gəldikləri yerə.