Xaricdə yaşayan Güney Azərbaycandan olan soydaşlarımız dünya ictimaiyyətini Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsi barədə məlumatlandırıb.
"AzPolitika.info" xəbər verir ki, Müraciətdə bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xaricdə yaşayan Güney Azərbaycandan olan soydaşlarımızı hiddətləndirib.
Nəzərə çatdırılıb ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına alır.
Güney Azərbaycandan olan milli fəallar dünya ictimaiyyətini və beynəlxalq təşkilatları bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiqlər göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb.
Xəbəri aşağıdakı linklərdən oxumaq mümkündür:


"AzPolitika.info"


Şərhlər