Menu

Bayden yenə qəribə hərəkəti ilə gündəmə gəlib - VİDEO

21.09.2023, 14:19
Bayden yenə qəribə hərəkəti ilə gündəmə gəlib - VİDEO

ABŞ Prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının 78-ci iclası çərçivəsində Nyu-Yorkda Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə görüşüb.

“AzPolitika.info” xəbər verir ki, Braziliya prezidenti ilə görüşdən sonra kameralar qarşısına keçən Co Bayden qəribə hərəkətlərinə daha bir yenisini əlavə edib. 

Belə ki, Bayden görüşdən sonra Silvanın əlini sıxmayıb və iclas zalını tərk edib. Baydenin ona məhəl qoymaması və əlini sıxmamasına əsəbiləşən Silva, buna əl hərəkəti ilə reaksiya verib.

Qeyd edək ki, qəribə hərəkətləri ilə tez-tez gündəmə gələn Baydenin bu davranışı sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol