Azərbaycan 2024-cü ildə dövlət büdcəsinin 2 milyard 590 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borclanma 1 milyard 854,4 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 71,6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2024-cü ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 448 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 105 milyon manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı hesabına 182,6 milyon manat (həmin Fondun kəsirinin bağlanması daxilində) olmaqla maliyyələşdirilməsi planlaşdırılır.


Şərhlər
Niyə borclanmalıyıq?Olmazmı ki, büdcədə nəzərdə tutulan neffdən gəliri barrel üzrə 60 yox,faktiki gözlənn 90 dollardan qəbul edək.O zaman büdcədə süni kəsir yaradılmaz və borca ehriyac da olmaz.Bu zaman büdcə ehriyac yaradılan 2i milyarddan da artıq vəsait alar..Niyə Azərbaycan maliyyəçiləri susur?