Menu

“Hər beş hərbçidən biri iki ay ərzində halak olub” – ARAŞDIRMA

21.09.2023, 17:11
“Hər beş hərbçidən biri iki ay ərzində halak olub” – ARAŞDIRMA

Rusiyada qismən səfərbərlik elan edildiyi gündən (21 sentyabr 2022-red.) bəri orduya çağırılan hər beş hərbçidən biri iki ay ərzində həlak olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə bir qrup müstəqil jurnalistin mediadakı açıq məlumatlar əsasında apardığı statistik araşdırmada deyilir.

Bu barədə qeyd olunur ki, ölümü rəsmi şəkildə təsdiqlənən 1900 rus hərbçisinin təxminən 20%-i hərbi xidmətə çağırılmağından iki ay keçməmiş həlak olub.

Eyni zamanda, səfərbər olunanların yarıdan çoxunun ilk beş ayda həlak olduğu deyilir.

Ukraynadakı döyüşlərdə həlak olan hərbçilərdən ən gəncinin 19, ən yaşlısının isə 62 yaşı var. Ölənlərin yarıdan çoxu isə təxminən 30-45 yaş aralığındadır.

Məlumata görə, səfərbərliyə cəlb edilənlərin kütləvi şəkildə öldüyü yer 2023-cü il yanvarın 1-nə keçən gecə atəşə tutulan Makeyevka yaxınlığındakı düşərgə olub. Jurnalistlərin hesablamalarına görə, həmin gecə Samara vilayətindən səfərbər edilmiş ən azı 139 nəfər həlak olub. Rusiya Müdafiə Nazirliyi onlardan cəmi 89-nun ölümünü etiraf edib.

Səfərbərlik qərarından sonra bir il ərzində ən çox itki verən bölgə Rusiyanın Sverdlovsk vilayəti olub. Buradan səfərbərliyə yollanan 200-dən çox çağırışçı həlak olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol