Menu

Avropa Məhkəməsi 95 oliqarxın şikayətinə baxır – Avropa İttifaqının sanksiya siyahısı tələsik hazırlanıb...

21.09.2023, 17:42

“Avropa İttifaqı şübhəli məlumat mənbələri, tələsik toplanmış materiallar əsasında rus iş adamlarına qarşı sanksiyalar tətbiq edi”.

“AzPolitika.info” xəbər verir ki, “Politico” jurnalının əməkdaşları i Avropa İttifaqının rusiyalı iş adamlarına qarşı sanksiyalara haqq qazandırmaq üçün istifadə etdiyi beş sənədlə tanış olduqdan sonra bu qənaətə gəliblər.

“Politico” yazır ki, dosyedə sübut kimi təqdim olunan materiallar xəbər agentliklərinin məqalələri, stok şəkilləri, kulinariya və əyləncə nəşrlərində yayılan fotolar, Vikipediya məqalələri və foto materialları, həmçinin süni intellekt tərəfindən yazılmış mətnlər ola bilər. Məsələn, media maqnatı Qriqori Berezkinin fəaliyyətinə aid olan sənəddə və “Ankor” şirkətinin rəhbəri Vyaçeslav Moşe Kantorun işi üzrə dosyedə reklam materiallarından istifadə edilib.

Adının açıqlanmasını istəməyən bir avropalı diplomatın jurnalistlərə verdiyi məlumata görə, sanksiyalarla bağlı qərarlar çox tez qəbul edilib. Bunun əsasını hazırlayan adamlar gündə 12 saat çalışıblar.

“Ümumiyyətlə, Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilən şəxslərlə bağlı sübut kimi istifadə etdiyi sənədlərin səviyyəsi çox aşağıdır”, - “Politico” qeyd edir.

Nəşrə müsahibə verən hüquqşünasların fikrincə, Aİ sanksiyalar altında olan şəxslərin mümkün məhkəmə iddialarına həssasdır.

Avropa Məhkəməsi hazırda sanksiya siyahısından çıxarılması ilə bağlı 95 işə baxır.

Sentyabrın 13-də məlum olub ki, Avropa İttifaqı əvvəllər Ukraynanın suverenliyinə xələl gətirməkdə günahkar hesab etdiyi dörd şəxsə qarşı sanksiyaları uzatmayıb. Ukraynada vəfat etmiş polkovnik Georgi Şuvayev və üç iş adamı - media maqnatı Qriqori Berezkin, "Ozon"un keçmiş rəhbəri Aleksandr Şulqin və rus xalqının müharibənin əleyhinə olduğu barədə səs yazısı ilə məşhur olan "Northgas"ın həmsahibi Fərhad Əhmədovun adları siyahıdan çıxarılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol