Menu

“Görüsünüz, Rusiyanı necə bombalayırlar?” – LUKAŞENKO

22.09.2023, 21:30
“Görüsünüz, Rusiyanı necə bombalayırlar?” – LUKAŞENKO

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin aqrar sahəsinin inkişafı ilə bağlı keçirilən iclasda Rusiya ərazisinin bombalanması məsələsinə toxunub və bu təhlükənin Belarusda qarşısının alınması yolları barədə danışıb.

“AzPolitika.info” xəbər verir ki, Belarusun “Belta” agentliyinin yaydığı məlumata görə, Lukaşenko xüsusilə PUA-larla effektiv mübarizə aparmağın çox çətin və bahalı olduğunu bildirib: “Görürsünüz, bu gün Rusiyanı necə bombalayırlar? Görürsünüz, PUA-lar ora-bura uçuşur. Bu, ən ağır və yeni məsələdir. İndi burda “vaqnerçilər” oturub, hamıya müharibənin necə getdiyini danışırlar... Mən düşünürəm ki, bunun (PUA hücumlarının) qarşısını necə almaq olar? Bu, yüz milyonlarla rubl (Belarus rublu – 1 ABŞ dolları 3.2 rubldur) tələb edir. Odur ki, düşünürəm, meliorasiya işləri görək, yeni torpaqlar əkək, yoxsa bu PUA-larla mübarizə aparaq? Dəhşətli silahdır. Putinlə bunu müzakirə etmişik. Bu, çox böyük pullar tələb edir. Ancaq həyat daha qiymətlidir”.

“AzPolitika.info”

Şərhlər

Roma 2023-09-23 09:19:59

"Möhtərəm" Lukaşenka, Rusiyaya 5-3 raket atılıb, ancaq Ukrayna ərazisinin raket atılmayan sahəsi qalmayıb, a ikiüzlü, daha doğrusu çoxüzlü Putinin tutuquşusu......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol