Məlum olduğu kimi, Azərbaycanın keçirdiyi uğurlu antiterror əməliyyatı Ermənistanda daxili siyasi vəziyyəti xeyli gərginləşdirib. Üç gündür ki, İrəvan küçələrində, Nikol Paşinyanın iqamətgahının ətrafında etiraz aksiyaları keçirilir. Paşinyan hakimiyyətinin istefasını tələb edən müxalifət Qarabağda yaranan duruma görə hökuməti satqınlıqda ittiham edir.
Lakin görünən odur ki, etiraz aksiyaları hakimiyyəti devirəcək qədər kütləvi deyil. Bununla yanaşı, müxalifətin önə çıxaracağı alternativ lider də yoxdur. Bunu hətta rusiyapərəst müxalifətin rəhbərliyində təmsil olunanlar da etiraf edirlər. Onlar anlayırlar ki, Rusiyanın əsas qulbeçələri olan sabiq prezidentlər – Robert Koçaryan və Serj Sarqsyan ermənilərin böyük əksəriyyəti tərəfindən nifrətlə qarşılanır və gələcək ölkə başçısı kimi qəbul olunmur. Bu quldurlardan və korrupsionerlərdən canını güclə qurtarmış əhali onların yenidən hakimiyyətə qayıtmasını qətiyyən istəmir.
“AzPolitika.info” xəbər verir ki, İrəvan küçələrindəki hazırkı etiraz aksiyalarının aktiv təşkilatçılarından biri, müxalifət blokunun rəhbərliyində təmsil olunan Ermənistanın sabiq Baş naziri Vazqen Manukyan hökumətin devriləcəyi təqdirdə özünün hakimiyyətdə təmsil olunmayacağını deyib. O, bildirib ki, ümumiyyətlə indiyə qədər Ermənistan rəhbərliyində ən yüksək vəzifələıri tuitmuş şəxslər yenidən vəzifəyə qayıtmalı deyillər: “Düşünürəm ki, sabiq Ermənistan prezidentlərindən heç biri Ermənistanın lideri olmalı deyil”.
Manukyan bildirib ki, 5 nəfərdən ibarət “milli komitə” yaradılıb və buraya daxil olan şəxslər legitim yolla hakimiyyət dəyişikliyi prosesinə rəhbərlik etməlidirlər. Lakin müşahidələr göstərir ki, sözügedən “komitəyə” daxil olan müxaliflərin heç biri erməni cəmiyyətində ciddi nüfuz sahibi deyil.
“AzPolitika.info”


Şərhlər