Menu

“Rusiyanı NATO-nun real gücü ilə qorxutmaq lazımdır” – “Bu müharibədə onlar yalnız uduza bilərlər”

23.09.2023, 00:02
“Rusiyanı NATO-nun real gücü ilə qorxutmaq lazımdır” – “Bu müharibədə onlar yalnız uduza bilərlər”

“NATO-ya üzv ölkələr eskalasiya qorxusunu unutmalıdırlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu NATO-nun sabiq Baş katibi, alyansa 1999-2003-cü illərdə rəhbərlik etmiş Corc Robertson “Sky News”-a müsahibəsində deyib.

Sabiq NATO başçısı bildirib ki, Rusiyadan qorxmaq yox, əksinə, onu NATO-nun real gücü ilə qorxutmaq lazımdır: “Qərb Rusiyanın artıq maksimuma çatan eskalasiyasına görə həyəcanlanmaqdansa, Moskvanın hərbi ierarxiyasına anlatmalıdır ki, onların Ukraynadakı hərəkətlərinin nəticəsi NATO ilə uydurma yox, gerçək müharibə ola bilər. O müharibədə ki, onlar (Rusiya-red.) yalnız uduza bilərlər”. Robertson qeyd edib ki, Rusiya hərbçiləri kifayət qədər mühafizəkardırlar və “onlar əvvəl-axır Putinin başlatdığı bu uğursuz, talançı, ən əsası isə alçaldıcı avantürasına görə Rusiyanın risqə atılması ilə barışmayacaqlar”.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-09-23 12:48:15

Həqiqəti yazanda mütləq ruspərəst kimi anlaşılır,yazmamaqda olmur,bu adam düşüncəsilə 1999-2003 ci illərdə qalıb,həmin illərdə doğurdanda rusunəinki qorxutmaq yerini göstərməkdə olardı,indi çox-çox gecdir,təkcə rusa görə yox,dünya tam ayılıb,çoxları rusdan sonra nöbbənin onlara çatmasını tam yəqin edirlər,üstəlik yeni texnoloji silahlar çox sürətlə istehsal olunur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol