Menu

Qarabağda istifadə olunan İsrail sursatlarına yeni müştəri - Sirfarişçı ölkənin adı açıqlanmır

22.09.2023, 18:42
Qarabağda istifadə olunan İsrail sursatlarına yeni müştəri - Sirfarişçı ölkənin adı açıqlanmır

İsrail şirkəti «Elbit Systems Ltd» adı açıqlanmayan bir Avropa ölkəsinə «SkyStriker» dron-sursatlarının tədarükü üçün 95 milyon dollarlıq müqavilə bağlayıb.

"AzPolitika.info" «Jerusalem post»a istinadla xəbər verir ki, müqavilə iki il ərzində bir neçə yüz «SkyStriker» sursatının «naməlum» Avropa ölkəsinə çatdırılmasını nəzərdə tutur. 

«Elbit Systems»-in «SkyStriker» yüksək dəqiqliklə işləməyə imkan verən, çəkisi 10 kq-a qədər olan döyüş başlığı ilə operator tərəfindən təyin edilmiş hədəfləri aşkarlaya, işə sala və vura bilən tam avtonom «gəzən» döyüş sursatıdır. "SkyStriker" həm yerdən, həm də havadan, o cümlədən Elbit Systems şirkətinin xüsusi raket artilleriya konteynerindən (Precision and Verrsatile Launch System) PULS-dən buraxıla bilər.

«SkyStriker» Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində istifadə etdiyi sursatlardan biri olub.

MDB məkanında Azərbaycan silahlı qüvvələri bu tip dron-sursatlarla təchiz edillən yeganə ölkə hesab olunur.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol