Menu

İstanbuldan Bakıya yarım kiloyadək qızıl-zinət əşyaları keçirmək istədilər - FOTO

23.09.2023, 12:32
İstanbuldan Bakıya yarım kiloyadək qızıl-zinət əşyaları keçirmək istədilər - FOTO

İstanbuldan Bakıya qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan DGK Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkarlanıb.

Qeyd edilib ki, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol