Menu

“Britaniya bir ildən artıqdır Rusiya ilə gizli danışıqlar aparır” – XİN təsdiqləyib

23.09.2023, 15:33
“Britaniya bir ildən artıqdır Rusiya ilə gizli danışıqlar aparır” – XİN təsdiqləyib

Böyük Britaniya rəsmiləri bir ildən artıqdır ki, Kremlin açar fiqurlarlı ilə gizli danışıqlar aparır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə bir çox Qərb mətbuat orqanlarında dərc edilən məlumat böyük əks-səda doğurub.

Xəbərdə deyilir ki, danışıqlar demək olar, müharibə başlayan gündən ötən 18 ay ərzində davam edib: “Görüşlər Vyana və Nyu-York kimi şəhərlərdə keçirilib. Müzakirələr Britaniyaya toxuna biləcək təhlükəsizlik məsələləri, taxıl qıtlığı və nüvə təhlükəsi kimi mövzuları əhatə edib”.

Böyük Britaniya XİN rəsmisi bu görüşləri təsdiqləyib. Lakin bildirib ki, həmin görüşlər yalnız Rusiya ilə əlaqə xəttini açıq saxlamaq və təhlükəsizliklə bağlı problemləri nəzarətdə saxlamaq üçün təşkil olunub. O, qeyd edib ki, gizli görüşlər buna ciddi ehtiyac yaranan məqamlarda keçirilib və orada heç bir halda Ukraynadakı müharibədə atəşkəsin əldə olunması, yaxud Ukrayna torpaqlarının taleyi kimi məsələlər müzakirə olunmayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol