Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bildirib ki, Tbilisi Cənubi Qafqazda davamlı sülhün, nəhayət, bərqərar olması üçün Ermənistan və Azərbaycanı “Sülh Qonşuluq Təşəbbüsü”nə cəlb etməyə hazırdır.
Xatırladaq ki, Qaribaşvili “Sülh Qonşuluq Təşəbbüsü”nü 2021-ci ilin fevralında elan edib. Bununla Baş nazir qonşulara öz aralarında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib. Bu çərçivədə 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.
“Hökumətimin “Sülh Qonşuluq Təşəbbüsü”nə əsaslanaraq, biz Ermənistan və Azərbaycandan olan qonşularımızı və dostlarımızı Cənubi Qafqazda, nəhayət, davamlı sülhün bərqərar olması üçün bu prosesə cəlb etməyə hazır olduğumuzu bəyan edirik”, - Gürcüstanın Baş naziri bildirib.
“AzPolitika.info”


Şərhlər