Menu

ABŞ Ukraynaya ATACMS versə, Almaniya da "Taurus" göndərəcək - WSJ

23.09.2023, 20:55
ABŞ Ukraynaya ATACMS versə, Almaniya da "Taurus" göndərəcək - WSJ

ABŞ-ın ATACMS uzaqmənzilli ballistik raketlərinin Ukraynaya təhvil verilməsi Almaniyanı Kiyevi “Taurus” qanadlı raketlərlə təmin etməyə inandıra bilər. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə “The Wall Street Journal”da yazılıb. Yazıda bildirilir ki, Berlin yeni silah növlərinin tədarükündə “Vaşinqtonla birgə hərəkət etməyə” üstünlük verir.

Nəşr qeyd edir ki, Kiyev çoxdandır Rusiyanın logistikasını, logistika anbarlarını və cəbhə xəttinin çox arxasındakı qərargahlarını məhv edə biləcək raketlər axtarır. İndi uzun mənzilli qanadlı raketlərin tədarükü xüsusilə zəruridir, çünki İngiltərə və Fransadan Britaniyanın “Storm Shadow” və Fransanın «SCALP» uzaq mənzilli raketlərin tədarükü azalmağa başlayandan sonra, Ukrayna üçün qanadlı raketlərin əhəmiyyəti artıb. Qərb mediası yazıb ki, Ukrayna Prezidenti Zelenskinin ABŞ-a səfəri zamanı Co Bayden ATACMS uzaqmənzilli raketlərinin kiçik partiyasını təqdim edəcəyinə söz verib. Bunun nə vaxt açıqlanacağı və raketlərin nə vaxt gələcəyi hələlik məlum deyil.

Bununla belə, Ağ Ev hazırda Amerika Birləşmiş Ştatlarının Ukraynaya uzaqmənzilli ATACMS raketlərinin ötürülməsi ilə bağlı planlarını təsdiq edə bilmir. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol