Menu

"Ermənistan rəhbərliyi odun üstünə yağ tökür" - LAVROV

24.09.2023, 09:50
"Ermənistan rəhbərliyi odun üstünə yağ tökür" - LAVROV

Ermənistanda Rusiyanın nüfuzunu sarsıtmağa çalışan QHT-lərin güclü lobbisi var.

"AzPolitika.info" «RİA Novosti»-yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov seyib. 

“Fakt budur ki, Ermənistanda, ümumiyyətlə keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində ABŞ və müttəfiqlərinin maraqlarını təşviq edən qeyri-hökumət təşkilatlarının güclü lobbisi var. Bu maraqlar isə bu və digər ölkələrdə Rusiyanın nüfuzunu sarsıtmaqdan ibarətdir»- Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsinin yekunlarına dair mətbuat konfransı zamanı deyib. 

Ermənistanda belə təşkilatların çox olduğunu deyən Rusiya XİN başçısı vurğulayıb ki, Moskva buna «süni şəkildə alovlanmış ehtiraslar kimi» yanaşılr. 

«Biz bilirik ki, bunda kimlər maraqlıdır, kimlər rəhbərlik edir. Təəssüf ki, Ermənistan rəhbərliyi vaxtaşırı odun üstünə yağ tökür», , - Rusiya XİN rəhbəri əlavə edib.

Şərhlər

Qarabağlı praktikant 2023-09-24 08:05:43

SSRİ dövründən müstəqil Ukrayna və Belarus hələ də Aİna cəlb edilmir? Erməni millətçiləri-lobbisinə Rusiyanın Ucuz Hərbisi gərəkdi ki, Azərbaycanı Hərbi İşğalda, Türkiyəni də *tətikdə* saxlatsın. Azərbaycanın 20 illik Hərbi İşğal cinayətkarı heç olmazsa BMT TŞnının məlum qətnaməsinin icrasından imtinaya görə Mühakimə əvəzinə necəsə 1918ci ildən Avropa İttifaqına üzvdür, Cənab Kremlyan!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol