Menu

Hakan Fidan BMT-nin baş katibi ilə görüşüb

24.09.2023, 00:26
Hakan Fidan BMT-nin baş katibi ilə görüşüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Nyu York şəhərində BMT-nin baş katibi Antoniu Quterreşlə görüşüb.

“Report” xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Görüşdə Ukraynada baş verən son hadisələr, Qara Dəniz Taxıl Təşəbbüsü və Kipr məsələsi müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol