Menu

Bakıda tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

24.09.2023, 13:12
Bakıda tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun Nəsimi rayonu, M.Qaşqay kücəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol